Masallıda qəribə olay - Qadın özünə 16 bıçaq zərbəsi vurdu

  • By admin
  • 19 Aprel 2018 15:52
Masallıda qəribə hadisə baş verib. 
Gununsesi.info “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, rayonun Təzə Alvadı kənd sakini, 1980-ci il təvəllüdlü Elnarə Muxtarova özünə 16 bıçaq zərbəsi endirib. E.Muxatrova bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onun üzərində dərhal cərrahiyə əməliyyatı aparılıb və onun hazırda qadının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Məlumata görə, 38 yaşlı qadın əsəb xəstəliyindən əziyyət çəkirmiş və bir müddət xəstəliyi ilə əlaqədar dərmanlar qəbul edib. Amma sonra dərmanların qəbulunu dayandırıb. E.Muxtarova özünü əsəbi halda bıçaqladığını bildirib. Hazırda o xəstəxananın reanimasiya şöbəsində müalicə edilir. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Gununsesi.info