Masallıda sabah 1 800 abonentin qaz təchizatında məhdudiyyət olacaq

  • By ilhame
  • 11 Fevral 2024 16:29

Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

 

Gununsesi.info-nun məlumatına görə, Masalı rayonu Bambaşı kəndində diametri 219 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırılması məqsədilə Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatı sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınızı və təhlükəsizlik tədbirlərinə riayət etməyinizi sizdən xahiş olunur.

 

Gununsesi.info