Masallıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

  • By admin
  • 18 İyul 2017 13:15

07

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya bildiriblər ki, layihələrdə cins heyvandarlıq, kartofçuluq, istixana, intensiv bağçılıq və çayçılıq, eləcə də meyvə qurutma müəssisələrinin yaradılması nəzərdə tutulur.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunun Dəlləkoba kəndində işgüzar forum keçirib.

Anar

Gununsesi.info