
Masallıda yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Yeyənkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m2 sahədə və içərisinə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info