Masallıda yanğın baş verib

  • By admin
  • 08 Noyabr 2017 08:20

Masallıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Masallı rayonunda ümumi sahəsi 80 m² olan tikilinin tavanı 35 m² sahədə və taxta konstruksiyadan ibarət divar üzlükləri yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info