Masallıda yol-nəqliyyat qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə noyabrın ötən gecə Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik açıqlanmayan minik avtomobili yolu keçmək istəyən Cəlilabad rayon sakinləri, 1960-cı il təvəllüdlü Ziyafət Fərzəliyevi və 1962-ci il təvəllüdlü Nəsimi Əhmədovu vurub. Piyadalardan Ziyafət Fərzəliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, Nəsimi Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaxalanaraq istintaqa cəlb olunub. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Gununsesi.info