Azərbaycan ərazisində zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09:41-də Lənkərandan 26 km şimal-qərbdə – Masallı qeydə alınıb.
Maqnitudası 3.0 olan, 24 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.
Gununsesi.info