Masazırda ağır qəza: qadın öldü

  • By admin
  • 16 İyun 2018 13:41


Iyunun 15-də Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Elməddin Hadıyev idarə etdiyi “Tavriya” markalı avtomobillə yolu keçən Susanna Məmmədovanı vurub. Piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info