Masazırda gənc oğlanın intihara cəhd etdi -VİDEO

Abşeronda gəncin intihara cəhd etməsinin səbəbi məlum olub.

Gununsesi.info xəbər verir ki,  gəncin sevdiyi qızın ona xəyanət etməsi səbəbi ilə intihara cəhd etdiyi iddia olunur.

Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub. Sevdiyi qızın xəyanətini qəbul edə bilməyən gəncin kranın üzərindən enməsi üçün hazırda danışıqlar aparılır.

09:54

Abşeronda bir nəfər intihara cəhd edir.

Gununsesi.info  xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, görüntülərin Abşeron rayonun, Masazır qəsəbəsində lentə alınıb.

Gənc oğlan tikinti üçün nəzərdə tutulan krana çıxaraq özünü oradan atacağını deyib.