Masazırda iki qadın qətlə yetirildi

  • By Admin2
  • 11 Aprel 2026 13:22

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

Gununsesi.info xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. (Report)

Gununsesi.info