Masazırda yolda körpə meyiti tapıldı - FOTO

  • By admin
  • 18 Yanvar 2023 09:45

Masazırda yolun kənarında körpə meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Belə ki, ilkin məlumata görə, sellofan torpaya qoyularaq küçəyə atılan uşaq tapılanda artıq ölmüş vəziyyətdə olub.

Hadisə şahidləri bildirib ki, yenidoğulmuş körpə maşınların sürətlə irəlilədiyi yolun kənarında aşkarlanıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info