Abşeron rayonu Masazır qəsəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 33 kv/m olan köməkçi tikili yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Gununsesi.info