Maşın 11 yaşlı uşağı vurub öldürdü –  Samuxda

  • By admin
  • 09 İyun 2017 22:32

avtoqeza

 

Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, rayon sakini Şammədov Bilal  “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 2006-cı il təvəllüdlü İsmayılov Sübhan Mehman oğlunu vurub. 11 yaşlı uşaq hadisə yerində keçinib.

Faktla bağlı Samux rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

Gununsesi.info