Maşın 18 yaşlı velosipedçini vurdu

  • By admin
  • 02 Sentyabr 2016 22:39

velo

Ağdamda avtomobil 18 yaşlı velosipedçini vurub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndinə baş verib.

Kənd sakini, 1998-ci il təvəllüdlü Ehtiram Zeynalov yolu velosipedlə keçərkən “Ford” markalı avtomobillə toqquşub. Sürücü E.Zeynalovu Ağdam Mərkəzi Xəstəxanasına çatdırıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, müayinə zamanı E.Zeynalovda kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri müəyyən olunub. Onun həyatın təhlükə olmadığı bildirilir.

Sürücü Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

 

Gununsesi.info