Maşın akumlyatoru oğurlayanlar saxlanılıb

  • By admin
  • 15 Sentyabr 2016 14:55

ogru

Yük avtomombillərindən akumlyator oğurlayan 3 nəfər saxlanılıb.

Günüsəsi.info xəbər verir ki, Hökməli qəsəbə sakinləri 26 yaşlı Heybət Dadaşovu, 27 yaşlı Vidadi Yusifovu və 34 yaşlı Sabir Xəlilovu Abşeron rayon polis idarəsinin əməliyatçıları iş başında yaxalayıb. Daxili işlər Nazirliyinin 102 zəng mərkəzinə müraciyyət edən iri tonnajlı yük avtomobili sürücüləri Abşeron rayon ərazisində avtomobillərindən akumlyatorların oğurlanması barədə məlumat veriblər. Məlumat əsasında əməliyatçılar gecə saatilarında ərazidə xidmət apararkən irni tonnajlı yük avtmombillərini xüsusi nəzarətdə saxlayıblar. Sentyabr ayının 13 nə keçən gecə rayon ərazisində saxlanılan yük avtoqmbilinin ətrafında 3 nəfər şübhəli şəxsi görən polis əməkdaşları onlara yaxınlaşıblar. Şübhəli şəxslərin avtombilindən yaxınlıqdakı iri tonnajlı yük avtombilinin akumlyatoru tapılıb. Hər 3 şəxs saxlanlaraq istintaqa təhvil verilib. Hökməli qəsəbə sakini Heybət Qədir oğlu Dadaşov oğurluğa narkotikə olan təlabatını ödəmək üçün əl atdığını bildirib.27 yaşlı Vidadi Hacıkərim oğlu Yusifovla, Heybət Dadaşovun işi akumlyatorları avtombilin üzərindən açmaqdan ibarət olub. Sonra oğurluq akumlyator 34 yaşlı Sabir Əmrəddin oğlu Xəlilovun avtombilinin yük yerinə qoyularaq satılması üçün metal qəbulu məntəqələrinə aparılıb.   Saxlanılan şəxslərin 60 manata metal qəbulu məntəqəsinə təhvil verdikləri akulyatorların hər birinin qiyməti 300 manatdan artıqdır. Onlar 10-dan artıq yük maşınının akumlyatorunu gizli yolla götürərək satıblar. Faktla əlaqədar Abşeron rayon polis idarəsində araşdırmalar davam edir.

Günüsəsi.info