Maşın aşdı, bir ailənin beş üzvü xəsarət aldı - Salyanda

  • By admin
  • 09 Avqust 2016 10:32

salyan

 

Ələt-Astara magistral yolunun Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun  APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, Lənkəran rayon sakini Rövşən Heydərovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ikisi azyaşlı olmaqla bir ailənin beş üzvü – Lənkəran rayon sakinləri, 56 yaşlı Məhbubə Qüdrət qızı Heydərova, 51 yaşlı Mətanət Qafur qızı Babayeva, 23 yaşlı Günel Müqabil qızı Heydərova, 3 yaşlı Heydər Elşən oğlu Heydərov və 3 aylıq Sevinc Elşən qızı Heydərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

 

Sosial səhifələrdə paylaş