Maşın bazarında canlanma: Bu maşınlar dəbə mindi

  • By admin
  • 23 Aprel 2017 21:55

masin

 

Mart ayından etibarən ikinci əl avtomobil bazarında 1-2% civarında artım müşahidə edilib.

Axar.az xəbər verir ki, hazırda qiyməti 10-15 min manat arasında olan kiçik mühərrikli, istehsal ili 2010-ci ildən yuxarı olan və az yanacaq işlədən avtomobillər alınır. Xüsusilə də Rusiya, Çin və Cənubi Koreya avtomobillərinə maraq daha çoxdur.

Qiymətlərdə isə hazırda hər hansı bir dəyişiklik müşahidə edilmir. “Cəhbhə.info” qeyd edib ki, avtomobil alıcıları daha çox “Lada”lara üstünlük verirlər.

Çin avtomobillərindən daha çox “Çangan Eado”, “Baic A115” avtomobillərinə maraq artıb.

Ekspertlərin sözlərinə görə, köhnə “Mersedes” markalı avtomobillərlə bağlı tendensiya dəyişir. Xüsusilə də istehsal ili 2000-ci ilə qədər olan “Mersedes”lərə bazarda maraq azalıb. Belə ki, bu avtomobillərin uzun müddət istismarda olması və servis xərclərinin artması alıcıları təxminən eyni qiymətə istehsal ili yeni olan avtomobillərə yönəldir.

 

Gununsesi.info