
Fövqəladə Hallar Nazirliyi “Maşın bazarı”ndakı yanğınla bağlı məlumat yayıb.
Məlumata görə, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində yanğın hadisəsi baş verib.
Dərhal yanğının söndürülməsinə qüvvə və vasitələr cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.
21:56 / Bakının “maşın bazarı” yanır
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, güclü yanğın “maşın bazarı”nın girişində baş verib və yanğın təxminən 25 mağazaya yayılıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xətai və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğınsöndürənləri əvvəlcə alovun qarşısını alıblar. Lakin sonradan yanğın bazarın digər hissəsində başlayıb.
Yanğının söndürülməsi istiqamətində işlər davam edir.
21:29 / Bakının “maşın bazarı”nda güclü yanğın
Bakının Babək prospektində “maşın bazarı” deyilən ərazidə güclü yanğın qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobili cəlb olunub.
Hazırda prospektin hər iki istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.