Bayram tətili günlərində alış-veriş mərkəzlərində canlanma müşahidə edilsə də, avtomobil bazarında əksinə, durğunluq yaşanıb.
Gununsesi.info xəzərxəbər-ə istinadən bildirir ki, avtomobil bazarında qiymətlərin bahalaşması uzun müddətdir ki, bu sektorda durğunluğa səbəb olub.
Alıcılıq qabiliyyəti ən çox aşağı düşən isə irihəcmli mühərriki olan maşınlardır.
Tələbat isə daha çox alman, nisbətən isə Rusiya və Yaponiya istehsalı olan azhəcmli mühərrikli avtomobillərədir.
Alıcılar deyir ki, yaxşı vəziyyətdə olan avtomobillər bazarda çox olsa da, qiymətləri münasib deyil.
Ekspertlər isə bildirir ki, bazarlarda uzun müddət davam edən durğunluq qarşıdakı aylarda qiymətlərin enməsinə təsir edə bilər.
Gununsesi.info