Maşın bazarındakı yanğının tüstüsündən 5 nəfər zəhərlənib

  • By admin
  • 01 İyul 2016 15:52

 

masin (6)

 

Bakı şəhərində yerləşən “Maşın bazarı”nda baş verən yanğın zamanı beş nəfər zəhərlənib.

Gununsesi.info xəbər verir ki, zəhərlənənlər Bakı şəhər sakinləri Əlzamin Rustəmov, Əhməd Xəlilov, Seymur Novruzov, Azər Xəlilov və Rafael Novruzovdur.

Onlar tüstü zəhərlənməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində yardım aldıqdan sonra evə buraxılıblar.

Xatırladaq ki, iyunun 30-da “Maşın bazarı”nda baş verən yanğın nəticəsində bir neçə mağaza yanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info