Maşın iki piyadanı vuraraq öldürüb

  • By admin
  • 12 Yanvar 2017 12:27

yollllllllllllllllllllllllllllllllll

Bakıda iki piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 11-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi “QAZ-2410” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb.

Digər hadisə Nərimanov rayonu M.Araz küçəsində baş verib. Bakı şəhər sakini Rza Balayzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəsarət İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 Gununsesi.info