Maşın oğrusu tutulub

  • By admin
  • 03 Aprel 2017 13:56

masin_ogrusu_018
Bakı şəhər sakininə məxsus qaçırılmış avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aprelin 1-də Bakı şəhər sakini Ramin Aşurova məxsus “VAZ-21072” markalı avtomobil Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qaçırılıb.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin Nəsimi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib və görülən tədbirlərlə saxlanılıb. Onu idarə edən Ruslan Ramazanov və sərnişini, Bakı şəhər sakini Ceyhun Babayev 12-ci Polis Bölməsinə təhvil veriliblər.

Anar
Gununsesi.info