“Maşın” şou başa çatdı  — Qalib kimdir?

  • By admin
  • 15 İyun 2018 10:00

Ölkənin ən baxımlı şousu – “Maşın” şounun 16-cı sürəti başa çatdı.

Gununsesi.info xəbər verir ki, verilişin aparıcısı, Murad Dadaşov qalibin adının rəsmi olaraq sabah açıqlanacağını bildirib.

Maşın uğrunda mübarizənin ikinci final gecəsi, səhərə yaxın iştirkaçılardan biri əlini çəkib. Lakin Murad Dadaşov qalibin adını açıqlamayıb.

 O, bildirib ki,  mayın 29-dan yayımlanan “Maşın” realiti-şousu iyunun 15-i möhtəşəm konsert proqramı ilə başa çatacaq və qalibə maşının açarları təqdim olunacaq.

Xatırladaq ki, finalda mübarizəni iki iştirkaçı Hüseyn Əzizoğlu və Roza Zərgərli aparırdı.