“Maşın” şouda ən çox səs bu qarşıdurmada verilib - BAŞ PRODÜSERDƏN AÇIQLAMA

  • By admin
  • 23 Oktyabr 2017 13:08

realitisou

Bildiyiniz kimi, ötən gecə “Maşın” realiti-şousunda finalçılar bəlli oldu və bununla da sms-duellər bitdi.

Gununsesi.info xəbər verir ki, şounun layihə rəhbəri və baş prodüseri Toğrul Məmmədov atv.az-a açıqlamasında sms baxımından oyun boyu ən zəif və ən güclü qarşıdurmaları qeyd etdi:

“Ən zəif qarşıdurma “meyxanaçılar duelində” müşayiət edildi. Ümumiyyətlə, bu qarşıdurmada Samirə xanım ulduzlar arasında keçirilən “Maşın” realiti-şouların tarixində ən az səs toplayan iştirakçı kimi tarixə düşdü. Ən çox sms-i isə tamaşaçılar ötən gecə baş verən “İlkin-Talıb” duelinə yollamışdılar”.

Gununsesi.info