Bu gün çoxlarının səbrsizliklə gözlədiyi, məşhurlar arasında ən qızğın söz davalarına səbəb olan “Maşın” realiti şousu yenidən canlı yayımlanacaq.
Gununsesi.info -nun məlumatına görə, vayner Hüseyn Əzizoğlu, müğənnilər Əli Mirəliyev, Roza Zərgərli, Abbas Bağırov, Ruhəngiz Musəvi, meyxanaçı Vasif Əzimov, reperlər Uran, Qurd, aparıcılar Firuzə Cəlilova, Mətanət Əliverdiyeva, Aytən Səfərova 18 gün boyunca maşın uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, bundan öncə meyxanaçı Pərviz Bülbülənin və müğənni Dilarə Kazımovanın ismi siyahıda yer alsa da sonradan informasiya təsdiqlənməyib.