“Maşın” şounun qalibi bəlli oldu - İSLAM MEHRƏLİYEV QALİB GƏLDİ

  • By admin
  • 15 İyun 2017 09:54

masin sou

Xəbər verdiyimiz kimi, rəqqasə Oksana Rəsulova “Maşın” şounu tərk edib. 

Gununsesi.info-nun məlumatına görə, bu xəbəri aparıcı Murad Dadaşov da təsdiqləyib və efirə məhz Oksananı dəvət edib.

O, bildirib ki, ayaqları şişdiyi üçün yarışmanı davam edə bilməyib: “Əlimi maşından götürəndən sonra həkim mənə kömək etdi, artıq dayana bilmədim”.

Murad Dadaşov əlavə edib ki, oyunun qalibi də artıq məlumdur. Maşının sahibinin adı səhərə yaxın məlum olub. Amma həmin şəxsin aktyor İslam Mehrəliyev, yoxsa onun həmkarı Elcan Rəsulov olduğu açıqlanmayıb.

ATV-nin aparıcısı Fərid Rəsul İslam Mehrəliyevin fotosunu paylaşaraq onu təbrik edib: “Çox sevindim. Salamat sür”. Bu paylaşımdan belə nəticəyə gəlmək olar ki, maşını İslam qazanıb.

Gununsesi.info