Maşın yoldan keçən şəxsi vurub öldürdü

  • By admin
  • 27 Avqust 2016 12:48

355069

Tərtər rayonunda maşın yoldan keçən şəxsi vurub.

Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 26-da saat 22 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndində Bərdə rayon sakini Xəyyam Abdullayev idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolu keçən kənd sakini Qəhrəman Nəsirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada  orada ölüb.

RPŞ tərəfindən araşdırma aparılır.

Gununsesi.info