Maşın yolu keçmək istəyən piyadanı VURUB ÖLDÜRDÜ

  • By admin
  • 22 Fevral 2018 12:54
Nardaranda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 21-də saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Həsən Əsgərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən həmyerlisi Xeyrulla Abusalamovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Gununsesi.info