
Telefon söhbəti beynin, əsasən yola baxmaq üçün istifadə olunan hissəsini məşğul edir
Mobil telefonlardan əllər sərbəst halda istifadə edən sürücülərin diqqəti, telefonları əllə tutub danışanlarla eyni səviyyədə dağılır. Gununsesi.info Sussex Universitetinin alimlərinə istinadən bildirir ki, telefon söhbəti sürücüdə barəsində danışdıqlarının vizual təsəvvürünü yarada bilər. Bu isə beynin, əsasən yola baxmaq üçün istifadə olunan hissəsini məşğul edir, yeni araşdırmada deyilir.
Alimlər bildirir ki, yeni tapıntılar bütün növ telefonların maşınların yolda hərəkəti zamanı istifadəsinin qadağan edilməsinə zəmin yaradır.
Nəticələr 20 kişi və 40 qadın könüllü üzərində aparılan və videoya çəkilmiş sınaqlardan sonra açıqlanıb.