Maşında yanan sürücü tanınmış hüquqşünas imiş  - FOTO

  • By admin
  • 21 Sentyabr 2019 11:24

Sentyabrın 19-da Sumqayıt şəhərində qəzaya düşən və maşının içində yanaraq ölən sürücü Fuad Musazadənin tanınmış hüquqşünas olduğu məlum olub.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, F.Musazadə öncə İctimai Televizayda, ötən il isə Xalq artisti Murad Dadaşovun sahibi olduğu “M Group Production” şirkətində hüquqşünas vəzifəsində çalışıb. Daha sonra Qida Təhlükəsizliyi Agentliyindən vəzifə tutan F.Musazadə son dönəmdə isə AZTV-də işləyib.


Qeyd edək ki, “Mercedes” markalı maşınla “Atəşgah” sığorta şirkətinə məxsus “Hyundai-İX35” markalı maşın toqquşub və “Merdese” aşaraq yanıb. “Mercedes”in sürücüsü Fuad Musazadə olub.  F.Musazadənin bir ay əvvəl aldığı bildirilir.

Onunla birlikdə maşında olan sərnişin Kamran Atayev də yanaraq vəfat edib

Gununsesi.org