
Gəncədə şəhər sakininə məxsus “VAZ 2107” markalı avtomobildən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Gununsesi.org-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, avqustun 21-də vətəndaşa məxsus avtomobildən 520 manat dəyərində “Redmi note 7” markalı telefon və 810 manat nağd pul oğurlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 29 yaşlı Seymur Məmmədov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org