
Avtomobildən 1500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Bakı şəhər sakini Nəzirə Hüseynovaya məxsus “KİA” markalı avtomobildən 1500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Cavid Əlizadə tutulub.
Anar
Gununsesi.info