Maşını “moyka”ya verdi, 15 mini oğurlandı

Bakıda avtoyuma məntəqəsində maşından 15 min manat oğurlanıb.

DİN Mətbuatb xidmətindən bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov tutulub. Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib.

HTML tutorial

Digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Turalcan Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı 3 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Turalcan Mustafayev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından onlayn yolla Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.

Digər əməliyyatlar zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan 3 nəfər tutulub. Həmin şəxslərdən 3 ədəd “Makarov” tapançası, 3 ədəd daraq, 18 patron, 1 “Toz-17” markalı yivli müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info