
Sakinlər avtomobilini zibil qutularının önündə park edən və zibil toplayan maşınlara maneçilik törədən sürücünü cəzalandırıblar.
Gununsesi.info xəbər verir ki, hadisə ilə əlaqədar təhlükəsizlik kameralarına düşən görüntülər Bakı şəhərində qeydə alınıb. Görüntülərdən aydın olur ki, sakinlər zibil qutularının önündə dayanan avtomobili yerindən tərpədib, üzərinə zibil yığıblar.
Sakinlər zibil toplayan maşınlara maneçilik törədən sürücünü cəzalandırmaq niyyəti ilə bu addımı atıblar.
Görüntüləri təqdim edirik:
Gununsesi.info