Maşinist köməkçisi qatarın altına düşüb

  • By admin
  • 17 Noyabr 2016 09:50

qatar

Siyəzən rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə bu gecə qeydə alınıb. Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşad Qurbanov qatarın altına yıxılıb. Ağır bədən xəsarətləri alan maşinist köməkçisi Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Aşağı ətraflarının 1/3 amputasiya olunan zərərçəkənin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info