
Lənkəranda iki piyadanı avtomaşın vurub.
Gununsesi.info-nun verdiyi məlumata görə, rayonun Osakuçə-Sinovlu yolunda şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi “NAZ Lifan”markalı minik avtomaşınla dayanacaqda gözləyən Osaküçə kənd sakinləri – 1962-ci il təvəllüdlü Rövşən Ağamirzə oğlu Bağırov və 1971-ci il təvəllüdlü Tərana Mirzəbala qızı Məhərrəmova vurulub. Onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
T. Mirzəbalayevanın xəsarəti yüngül olduğundan ambulator müalicəyə göndərilib. R. Bağırovun vəziyyətinin orta-ağır olduğu deyilir.
Fakt araşdırılır.
Gununsesi.info