Mask 100-ə yaxın peyki İran üzərində işə saldı

  • By admin
  • 27 Dekabr 2022 10:52

İlon Maskın 100-ə yaxın “Starlink” peyki İran üzərində işə düşüb.

Gununsesi.info xəbər verir ki, “SpaceX”-in baş direktoru İlon Mask bildirib ki, onun kosmos şirkətinin hazırda İran üzərində 100-ə yaxın aktiv “Starlink” rabitə peyki var.

“Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, – deyə iş adamı bildirib. Məlumata görə, Maskın planlarına əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir.

Bu ilin sentyabrında o əmin etdi ki, İrana “internet azadlığını və sərbəst məlumat axınını təşviq etmək üçün” “Starlink” lazımdır. Mask, həmçinin bildirib ki, İranda “Starlink”in işini təmin etmək üçün ABŞ səlahiyyətlilərindən sanksiyalara istisna edilməsini istəyib.

Hələlik şirkətin ölkə daxilində terminallarının olub-olmaması və onları İrana necə çatdırmağı planlaşdırdıqları barədə məlumat yoxdur.

Gununsesi.info