
Tviterin sahibi İlon Mask əməkdaşı ilə mübahisə etdiyi üçün üzr istəyib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Halli Thorleifsson tviterdə Muska “İnsan resursları meneceriniz mənim işçi olub-olmadığımı təsdiqləyə bilmir”, – məlumatını verib.
“Hansı işlə məşğul idin?”, – deyə Mask Thorleifssona sual ünvanlayıb.
Thorleifsson qeyd edib ki, Maskla yazışmalarından sonra ona işdən çıxarıldığı barədə bildiriş gəlib.