Amerikalı milyarder İlon Mask Böyük Britaniyanın baş naziri Key Starmerin iğtişaşlar zamanı müsəlmanlara qarşı hücumların yolverilməzliyi ilə bağlı sözlərini tənqid edib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəkihesabında yazıb : “Bütün icmalara edilən hücumlardan narahat olmamalısan?”.
Xatırladaq ki, iyulun 29-da İngiltərənin Sautport şəhərində Ruandadan olan bir ailədə doğulan 17 yaşlı yeniyetmə Aksel Rudakubana bıçaqla rəqs studiyasına hücum edərək üç uşağı öldürüb.
Bu hadisə miqrant axınına qarşı etirazlara səbəb olub. Böyük Britaniyada son bir neçə gündə baş verən iğtişaşlarla bağlı artıq 420-dən çox adam saxlanılıb.
İlhamə
Gununsesi.info