Mask prezident seçkilərində kimə səs verəcək?

  • By admin
  • 22 Yanvar 2024 09:21

İlon Mask 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində ABŞ-ın hazırkı lideri Co Baydenə yenidən səs verəcəyini təsəvvür edə bilmədiyini söyləyib.

Gununsesi.info xəbər verir ki, o bu barədə X sosial media platformasında qeyd edib. “Mən bu dəfə Baydenə səs verməyi təsəvvür edə bilmirəm”, – deyə Mask bildirib.

Belə ki, milyarder 2023-cü ilin mayında dərc olunmuş CNBC telekanalına müsahibəsini şərh edib. Orada Mask 2020-ci il seçkilərində Baydenə səs verdiyini bildirib.

Keçən il aprelin 25-də Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək üçün mübarizə aparacağını bəyan edib. O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən keçmiş ABŞ prezidenti Donald Trampla rəqabət apara bilər.

Gununsesi.info