Mask və Maduro bir-birini təhqir edib

Amerikalı milyarder, Tesla və SpaceX şirkətlərinin qurucusu İlon Mask Venesuela prezidenti Nikolas Maduronu seçki saxtakarlığında ittiham edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İlon Mask seçkilərin saxta olduğunu vurğulayıb:“Bu, böyük seçici saxtakarlığıdır. Diktator Maduroya ayıb olsun”.

Maduro cavabında Maskı tənqid edib və bildirib ki, o, “Venesuelada sülhün and içmə düşmənidir”.

Bundan əvvəl Latın Amerikasının doqquz ölkəsinin hakimiyyəti müstəqil müşahidəçilərlə birlikdə Venesuelada seçkilərə yenidən baxılmasını tələb etmişdi.

Bunlara Qvatemala, Argentina, Ekvador, Kosta-Rika, Panama, Paraqvay, Peru, Dominikan Respublikası və Uruqvay daxildir.

 

 

Şəbnəm

Gununsesi.info