Bu tarixdən maska tələbi ləğv edilir

  • By admin
  • 22 Aprel 2022 14:00

Azərbaycanda qapalı məkanlarda tibbi maskadan istifadə tələbi ləğv olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Gununsesi.info