Maskalı şəxs evlərə hücum edib - 7 ÖLÜ, 1 YARALI

  • By admin
  • 28 Yanvar 2018 14:28

Meksikada silahlı hücum nəticəsində 7 nəfər ölüb, bir nəfər ağır yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Vanguardia” qəzeti Nugvo-Leon ştatının Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Hadisə yerli vaxta saat 21.15 radələrində Monterreya qəsəbəsində baş verib. Bir qrup üzü maskalı silahlı qəsəbədəki evlərdən birinə daxil olub, atəş açmağa başlayıb. Nəticədə 7 nəfər hadisə yerində ölüb, bir nəfər ağır yaralanıb. “Mundo” qəzeti isə həmin yaralı şəxsin xəstəxanada öldüyünü yazıb.

Gununsesi.info