İctimai Tv-nin redaktorunun evinə maskalılar hücum edib

  • By admin
  • 13 Avqust 2016 10:45

basqn

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) informasiya departamentinin böyük redaktoru Sərvər Bayramovun evinə basqın olub.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən S. Bayramov bildirib ki, təxminən saat 01 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində olan evinin ikinci mərtəbəsində yatarkən birinci mərtəbədən səs-küy eşidərək aşağı enib. Bu zaman maskalı şəxslərin evi axtardığını görüb. Həmin şəxslər S. Bayramovu gördükdən sonra qaçıblar.

Hadisə barəsində Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən  bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info