Maskdan “Twitter”ə yeni özəllik – Artıq videolar…

  • By arzu
  • 19 May 2023 12:53

“Twitter”in sahibi Elon Mask bu sosial media hesabına yeni özəllik qazandırıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şirkətin sahibi göy təsdiqləmə işarəli profillərə uzun videolar yükləmə icazəsi verib.

Həmin adamlar öz hesablarına 2 saatlıq, 8 GB həcmindəki görüntülərini yükləyə biləcəklər.

Maskın bu çağırışının ardından çoxlu sayda mavi təsdiqləmə hesabdan 2 saat uzunluğunda filmlər buraya yüklənməyə başlayıb.

Maskın düşüncəsinə görə, bu yeniliklə şirkət sürətlə böyüyəcək!

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info