Maskerano baş məşqçi seçildi

  • By admin
  • 11 Dekabr 2021 15:30

Futbol üzrə Argentina milli komandasının və “Barselona”nın sabiq müdafiəçisi Xavyer Maskerano baş məşqçiliyə başlayıb.

Gununsesi.info xəbər verir ki, o, 20 yaşadək futbolçulardan ibarət Argentina yığmasını çalışdıracaq.

Bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Maskerano futbolçu karyerası ərzində Argentina yığmasında 147 oyuna çıxıb.

Gununsesi.info