Ukrayna Ali Radasının deputatı Aleksandr Merejko amerikalı milyarder İlon Maskı ölkəsinə səfərə dəvət edib.
Gununsesi.info xəbər verir ki, bu haqda “Kyiv Post” nəşri məlumat yayıb.
“Mən onunla görüşməyə hazıram və əminəm ki, bir çox həmkarlarım onunla görüşmək istəyəcəklər”, – Merejko bildirib.
O, Maskın Ukraynadakı real vəziyyətdən xəbərdar olmadığı qeyd edib. Merejkonun sözlərinə görə, əgər sahibkar Ukraynaya səfər etsəydi, o, ölkə prezidenti Volodimir Zelenskiyə qarşı təhqiramiz tviti heç vaxt deməz və yazmazdı.
Qeyd edək ki, Mask kömək üçün Qərb müttəfiqlərinə müraciət edən Ukrayna Prezidenti Volodimir Zelenskini ələ salıb.
Gununsesi.info