İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyoneri ola bilər.
Gununsesi.info Informa Connect Academy-ə istinadən xəbər verir ki, Musk 2027-ci ilə qədər sərvəti orta hesabla 110 faiz artaraq dünyanın ilk trilyonçusu olmaq üzrədir.
Bildirilir ki, hesabatda Muskdan başqa, yaxın gələcəkdə trilyonçu ola biləcək digər adlar da yer alıb. Tesla şirkətinin baş direktoru, SpaceX-in yaradıcısı və X (keçmiş Twitter) platformasının sahibi Mask hazırda 251 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamıdır.
DİGƏR TRILYONERLƏR
İkinci ad hindistanlı iş adamı Qautam Adaninidir. Adaninin 2028-ci ildə trilyonçu statusuna çata biləcəyi proqnozlaşdırılır.
Həmçinin bildirilir ki, texnologiya şirkəti Nvidia-nın baş direktoru Jensen Huang və İndoneziyanın enerji və mədən nəhəngi Prajogo Pangestu 2028-ci ildə trilyoner ola bilərlər.
LVMH Moet Hennessy Louis Vuitton-un rəhbəri Bernard Arnault və Meta-nın baş direktoru Mark Zukerberqin 2030-cu ildə trilyonçu ola biləcəyi bildirilir.
Məlumata əsasən Microsoft və Apple-dan sonra dünyanın üçüncü ən dəyərli şirkəti olan Nvidia 2023-cü ilin mayında trilyon dollarlıq şirkətlər klubuna qoşulub.
Nvidia-nın dəyəri 2024-cü ilin iyununda 3 trilyon dollara çatıb. Berkshire Hathaway, 2023-cü ilin avqustunda bir trilyon dollar dəyər qazanan sonuncu şirkət oldu.
MİLYARDERDƏN TİLYONERƏ
Dünyanın ilk trilyonçusunun kim olacağı sualı dünyanın ilk milyarderi Con D.Rokfellerdən bəri ictimaiyyətin diqqətini cəlb edir.
1916-cı ildə bu titula sahib olan Rokfeller dünyanın ilk təsdiqlənmiş amerikalı milyarderidir və hələ də tarixin ən varlı adamı ünvanını qoruyur.
Bir çox alimlər böyük sərvət toplanmasına sosial xəstəlik kimi baxırlar.
Hesabata görə, dünyanın ən zəngin 1 faizi ən yoxsul 66 faizdən daha çox karbon emissiyasına səbəb olur.
İlon Musk, platformasında paylaşdığı siyasi baxışları ilə diqqət çəkir. Maskın hesabatın dərcindən bir neçə gün əvvəl yazdığı yazı yenidən müzakirələrin mərkəzinə çevrilib. O, Fox News-un keçmiş aparıcısı Taker Karlson və sağçı podkaster Darryl Cooper arasındakı müsahibəni “çox maraqlı” adlandırıb.
Kuper müsahibəsində Nasist Almaniyasının yəhudiləri öldürmək niyyətində olmadığını iddia edib.
Mask öz paylaşımını silsə də, Ağ Ev bu müsahibəni “bütün amerikalılar üçün iyrənc və sadist təhqir” kimi qınayıb.
ABŞ-da prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda açıqlamaları və addımları ilə gündəmdə olan Mask, daha əvvəl demokratları dəstəkləsə də, bu seçkilərdə tamamilə respublikaçılara üz tutduğunun işarəsini verdi.
Musk iyulun 14-də X hesabında etdiyi paylaşımda sui-qəsd cəhdinə məruz qalan keçmiş prezident Donald Trampı ilk dəfə açıq şəkildə dəstəkləyib.
Mask siyasi bəyanatları ilə populist sağçı siyasətin tərəfində yer alması ilə bağlı tənqidlərə məruz qalır.
Digər tərəfdən, İlon Mask seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın hökumətində iştirak etməyə hazır olduğunu açıqlayıb.
Tramp bildirib ki, noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, İlon Maskın sədrliyi ilə “hökumətin səmərəliliyi komissiyası” yaradacaq.
Trampın bəyanatından sonra isə Mask öz X hesabında “Fürsət yaranarsa, Amerikaya xidmət etməyi səbirsizliklə gözləyirəm” sözlərini paylaşıb.
Şəbnəm
Gununsesi.info