Maştağa bazarında oğurluq inəklər satılır

  • By admin
  • 22 Fevral 2018 22:00

Biləsuvar rayon Xırmandalı kəndinin sakini Mirzəli Nuriyevin fermasından 4 inək birdən yoxa çıxıb. İnəklər oğurlandığı üçün Nuriyev rayon polis idarəsinə müraciət edib.

Gununsesi.info Sputnik Azərbaycan-a istinadən bildirir ki, araşdırma zamanı əməliyyatçılar şübhəlilərin izinə düşüb. Onlar sözügedən rayonun Bəydili və Zəhmədabad kəndlərinin sakinləri Cavad Süleymanov və Əli Bağırovu saxlayıblar.

Onlar istintaq zamanı boyunlarına alıblar ki, oğurladıqları heyvanları Sabunçu rayonunun Maştağa qəsəbəsindəki bazarda 4 min 600 manata satıblar.

İstintaqa o da məlum olub ki, sözügedən şəxslər daha iki inək də oğurlayıblar. Ümumilikdə oğurluq inəklərin satışından 7 min 100 manat gəlir əldə ediblər. Pulları saxlanılan şəxslər öz aralarında bölüblər.

Faktla bağlı araşdırma davam edir.

Gununsesi.info