Maştağa qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb

  • By ilhame
  • 11 Aprel 2024 20:11

Maştağa qəsəbəsində mağazadan soyğunçuluq edilib.

 

Gununsesi.info Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, aprelin 10-u Maştağa qəsəbəsində mağazaların birindən 1 000 manat dəyərində qızıl-zinət əşyalarının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Hacıyev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info